29 Noyabr 2017 23:19
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin ana müxalifət partiyasının sədri Ceremi Corbin hökuməti ifrat sağçı "Öncə Britaniya" partiyasının İslam əleyhinə videolarını paylaşan ABŞ prezidenti Donald Trampı qınamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Sosialist Partiyasının lidero Korbin bildirib ki, videolar iyrəncdir İngiltərə cəmiyyəti üçün təhlükə yaradır.

Sosialist Partiyasından deputat seçilən David Lammi İngiltərədə nifrəti təbliğ etdikləri üçün "Öncə Britaniya" Partiyası üzvləri və liderlərinin həbs olunduqlarını xatırladaraq Trampın paylaşımlarını sərt tənqid edib: "Tramp, nə ölkəmin, nə də mənim xoşuma gəlmirsən".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ingiltərəli sağçı “Öncül Britaniya” hərəkatının liderlərindən biri, islam əleyhdarı Yayda Fransenin hazırladığı 3 videonu Tvitter hesabında paylaşıb.

Videolardan birində müsəlman miqrantın hollandiyalı uşağı döyməsi əks olunub.

İkinci videoda müsəlmanın Müqəddəs Məryəmin heykəlini sındırdığı görünür. Son videoda isə azyaşlı uşağın intihar etməsi əks olunub.

Trampın paylaşımları böyük narazılığa səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər