Türiyədə ABŞ-da həbsdə olan milayder Rza Zərrabla bağlı BMT-yə müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, Ankara Türkiyə vətəndaşının ABŞ-da mühakimə edilməsinin beynəlxalq hüquqa zidd olduğunu və bu üzdən Rza Zərrabın ölkəyə ekstradisiya edilməsi üçün BMT-yə müraciət edəcək.
Rəsmi Ankara hesab edir ki, ABŞ-ın Rza Zərraba qarşı irəli sürdüyü "İrana qarşı sanksiyanın pozulması" ittihamı yalnız Amerika vətəndaşları üçün keçərli ola bilər: "İttihamda nəzərdə tutulan sanksiya BMT tərəfindən nəzərdə tutulan sanksiyalarla eyni deyil".