Türkiyəli məşhur müğənni Mustafa Sandal həyat yoldaşı Əminədən boşanmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 2008-ci ildə evlənən və 2 uşaqları olan cütlüyün boşanma səbəbləri məlum deyil. Məlumatlara görə, Mustafa artıq birgə yaşadıqları evdən köçüb.
İlkin ehtimallarda Əminənin doğma vətəni Serbiyaya qayıtmaq istədiyi bildirilib.