İrlandiyada “Viaqra qalmaqalı” davam edir. “Viaqra” (cinsi gücü artıran dərman) istehsal edən zavodun yerləşdiyi Rinqaskiddi adlı kəndin sakinlərinin etirazları zavod rəhbərliyi tərəfindən qəbul edilmir.
Teleqraf.com xəbər verir ki, zavodun sahibi olan “Pfizer” əczaçılıq şirkəti verdiyi yazılı açıqlamasında havadakı qoxunun zərərsiz olduğunu bildirib.
Şirkət bütün istehsal prosesinin yoxlamalardan keçdiyini bildirib. Lakin kənd sakinləri açıqlamada deyilənlərlə razı olmadıqlarını və problemin ciddi xarakter daşıdığını söyləyirlər.
Qeyd edək ki, daha əvvəl “The Sunday Times” nəşrinin yazdığına görə, “Viaqra” istehsal edən zavodun tullantıları kənd sakinlərini seks-maşınlarına çevirib.
Kəndin kişiləri bildirirlər ki, onlarda daimi ereksiya (ereksiya cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi prosesi) var və saatla sekslə məşğul ola bilərlər.
“Bir dəfə nəfəs almaq kifayətdir ki, səndə ereksiya baş versin. Biz artıq zavodun sayəsində illərdir ki, pulsuz viaqradan istifadə edirik”, - balaca kəndin sakinlərindən biri danışıb.
Sakinlərdən biri əlavə edib ki, hətta kənd itlərinə bu preparat təsir edir. O hesab edir ki, viaqra hələ 1980-ci illərdə su kəmərinə düşüb.
Qeyd edək ki, kənddə “Viaqra”nın istehsalı 40 il əvvəl başlanıb. Bundan sonra Rinqaskiddi kəndində demoqrafik sıçrantı baş verib. Hətta yaşayış məntəqəsini zarafatyana “Viagra Falls” adlandırmağa başlayıblar. (publika.az )