8 Dekabr 2017 20:58
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hökuməti Beata Şidlonun rəhbərliyi altında istefaya gedib.

Teleqarf.com xəbər verir ki, ölkə prezidenti Andjey Duda Prezident Sarayında keçirilən rəsmi mərasim zamanı B.Şidloya baş nazirin və Nazirlər Kabinetinin istefasını qəbul etməsinə dair aktı təqdim edib.

B.Şidloya yeni Nazirlər Kabineti yaradılana qədər hökumətə rəhbərlik etmək tapşırılıb.

Qeyd edək ki, dekabrın 7-də B.Şidlo hakim "Hüquq və Ədalət" Partiyasının Siyasi Komitəsinə istefasına dair müraciət edib. Komitə onun istefasını qəbul edib və baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskini baş nazir postuna namizəd seçib.

Səsvermə dekabrın 12-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər