ABŞ prezidenti Donald Tramp meşə yanğınları ilə bağlı Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.
Dekabrın 4-dən başlayan yanğınlar 640 kvadrat kilometrə yaxın ərazini əhatə edib. Yanğının söndürülməsinə 5,5 min yanğınsöndürən cəlb edilib. Hadisə nəticəsində190 min nəfər təxliyə edilib.