11 Dekabr 2017 15:46
3 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı, ingilis və fransız əsgərlər Suriyada PKK terror təşkilatının qolu sayılan YPG silahlıları ilə bir araya gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Deyr-əz-Zor şəhərində keçirilib.

Görüş zamanı Suriyadakı son vəziyyət müzakirə olunub. Toplantıda tərəflər YPG-yə dəstəyi davam etdirməklə bağlı razılığa gəliblər.

Bundan öncə, ayrı-ayrı vaxtlarda Rusiya, ABŞ və İraq ordularının generalları da YPG silahlıları ilə görüşüb.


Müəllif: Samir

Oxşar xəbərlər