ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Herbert Makmaster Türkiyə və Qətərin “Müsəlman qardaşlar” kimi radikal qruplara sponsorluq etməsi ilə bağlı iddialar irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı generalın bu iddialarına Türkiyənin cavabı gecikməyib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:
“Makmasterin dünən Vaşinqtondakı söylədiyi fikirləri təəssüflə qarşıladıq. Ölkəmizin terrorçuluq və radikallığa qarşı mübarizəsi göz qabağındadır. Bu fikirlər heyrətləndirici və qəbuledilməzdir. Dost və müttəfiq kimi gördüyümüz ABŞ-ın Suriyada YPG silahlılarına dəstəyini dayandıraraq, əlaqələrimizi genişləndirməyə yönələn addımlar atacağını gözləyirik”, - bəyanatda vurğulanır. Samir