İsrail hökuməti Qəzza zolağı ilə iki sərhəd-buraxılış məntəqəsini bağlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması göstərilir.
Məlumata əsasən, Erez və Kerm ebu Salim sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb.
Keçidlərin nə vaxt açılacağı məlum deyil.