Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan istintaq çərçivəsində FETÖ ilə əlaqədə olduğu üçün polis sıralarından xaric edilən Ramazan Yücəl həbs olunub.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Yücəl Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən “əvvəlcədən planlaşdırılmış qətldə iştirak” maddəsi üzrə saxlanılaraq həbsə göndərilib.
Xatırladaq ki, Andrey Karlov ötən il dekabrın 19-da Ankarada qatıldığı sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb. Aparılan istintaq tədbirləri nəticəsində 2-si polis olmaqla 4 nəfər həbs edilib.