16 Dekabr 2017 17:27
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit ayırması ilə bağlı dekabrın 6-da parlamentin ratifikasiya etdiyi sazişi imzalayıb.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən xəbərinə görə, oktyabrın 24-də bağlanan hökumətlərarası sazişə əsasən, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatın maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il (2023-2037-ci illər) müddətinə illik 3 faizlə veriləcək.

Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Müqavilənin müddəalarına görə, Ermənistanın Müdafiə Nazirliyi və "Rosoboronexsport" ASC arasında müasir silahlanma və texnikanın təmin edilmə proseduru, hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlama öhdəlikləri, satın alma ödənişləri və digər məsələlərlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.


Müəllif: Nahid

Oxşar xəbərlər