Rusiyada İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ-ın Suriyadakı avoabazasında saxlanmasına ilə bağlı heç bir məlumat yoxdur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Türkiyə tərəfinin hansı sübutlar təqdim edəcəyindən xəbərsizdir.
Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti Bağdadinin 7 döyüşçü ilə birlikdə baza yaxınlığında ələ keçdiyi ilə bağlı məlumat yaymışdı.