Ermənistan parlamentində dava düşüb.
Teleqraf.com aysor.am saytına istinadla xəbər verir ki, hadisə məhkəmə məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə səsvermə zamanı baş verib.
“Tsrukyan” fraksiyasının təmsilçiləri Artur Manukyan və Sergey Baqratyan dalaşıblar.
İnsidentə səbəb Baqratyanın “Yelk” partiyasının nümayəndəsi Napoleon Əzizyanı söyməsi olub. Manukyan isə Əzizyanın onun atasının dostu olduğunu bildirərək, Baqratyanı döyüb.