20 Dekabr 2017 21:57
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Verakruz ştatında 35 yaşlı jurnalist Qumaro Peres azyaşlı oğlunun gözü qarşısında öldürülüb.

Teleqraf.com “Reuters“-ə istinadla xəbər verir ki, naməlum silahlı şəxs Peresi öldürmək üçün onun 6 yaşlı oğlunun iştirak etdiyi Yeni il şənliyinin keçirildiyi sinifə daxil olub. Silahlı azyaşlıların gözü qarşısında jurnalistə dörd dəfə atəş açıb.

Peresin ölkədə narkotiklərin qanunsuz dövriyyəsi bağlı araşdırma apardığı qeyd edilir.

“Sərhədlərsiz reportyorlar” təşkilatının son hesabatına əsasən, Meksika jurnalistlərin çalışması üçün ən təhlükəli ölkələrdən biridir. 2000-ci ildən bu yana ölkədə 111 KİV işçisi öldürülüb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər