İsraildə Baş nazir Benyamin Netanyahuya qarşı etirazlar getdikcə güclənir.
Teleqraf.com xəbər verir ki, Tel-Əvivdə hər həftə baş nazir əleyhinə “Utanc yürüşləri” keçirilir. Növbəti yürüş dünən baş verib. Yürüşə qatılan minlərlə insan baş nazirin əleyhinə şüarlar səsləndirib. Eyni zamanda Netanyahunun korrupsiya əməlləri pislənilib.
Qeyd edək ki, İsraildə korrupsiya ilə mübarizə çərçivəsində baş nazirə qarşı cinayət işi açılıb. Bu çərçivədə İsrail baş naziri 7 dəfə dindirilib.