28 Dekabr 2017 01:10
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nissan" şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2008-ci ilin avqustundan 2014-cü ilin avqustunadək satılmış "Note (E11)" və "Tiida (C11)" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər