29 Dekabr 2017 00:28
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Meksikadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan icmasının üzvləri də iştirak edib.

Səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov bütün azərbaycanlılar üçün əziz olan bu günün hər il dünyanın müxtəlif ölkələrində qeyd olunduğu, bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrildiyini deyib. Diplomat Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistanın ölkəmizə təcavüzünə dair məlumatların dünya ictimaiyyətinə çatdırılmasında xaricdəki diasporumuzun üzərinə böyük yük düşdüyünü qeyd edib.

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, əməkdar elm xadimi, professor Natiq Atakişiyev dünyada Azərbaycan diasporunun inkişaf etdiyi və daha da fəallaşdığını bildirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər