Tailandada qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Tailandda ailəsindən ayrılaraq tək yaşayan Sakron Saşeva adlı şəxsin öldüyü məlum olub. Mərhumun cəsədi yandırılaraq dəfn edilib.
Hadisədən 7 ay sonra Sakron Saşev ortaya çıxaraq hamını təəccübləndirib.
Araşdırma zamanı məlum olub ki, tapılmış cəsəd tanınmaz halda imiş. Onun Sakron Saşevaya aid olduğu üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən təyin edilibmiş.
7 ay sonra sağ-salamat ortaya çıxan Sakron Saşev isə bildirib ki, onun şəxsiyyət vəsiqəsi xeyli əvvəl oğurlanıb. Belə məlum olub ki, ölən şəxs Sakron Saşevanın şəxsiyyət vəsiqəsini oğurlayan adamdır.