1 Yanvar 2018 14:18
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti ölkədə baş verən etiraz aksiyalarına xarici müdaxilənin qarşısını almaq məqsədilə sosial şəbəkələrə girişə məhdudiyyət qoyub.

Teleqraf.com xəbər verir ki, İran dövlət televiziyası güclənən etiraz aksiyalarına qarşı ölkədə sosial şəbəkələrin fəaliyyətinə əngəl yaradıldığını bəyan edib.

Dövlət televiziyasında çıxış edən təhlükəsizlik məsələləri üzrə səlahiyyətli şəxslər bildiriblər ki, hökumətə qarşı sosial etirazları dinc məcrada saxlamaq məqsədilə müvəqqəti olaraq İnstaqram və Votsapa qadağalar tətbiq edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər