Türkiyədə Karamanoğlu Universiteti dekabr ayında İslam əlaqələri fakültəsinə “şeytanla mübarizə təhsili üzərində çalışma” mövzusunda köməkçi dosent ştatınına işçi axtardığı haqda elan verib.
Teleqraf.com-un məlumatına görə, bu haqda elan media və sosial şəbəkələrə yayılıb və ciddi reaksiyalara səbəb olub.
Bundan sonra Türkiyənin Ali Təhsil Təşkilatı universitetə təlimat verib, sözügedən elan və işlər dayandırılıb.
Qəribədir ki, bu qalmaqallı hadisədən sonra universitetin yeni elanı çıxıb. Bu dəfə elan universitetin eyni adlı fakültəsi üçün “Uzaq Şərq ölkələrində ərəb dilində təhsil və ərəb təhqiqatı” sözləri yer alıb.
Bu elanda da köməkçi dosent ştatında mütəxəssisə ehtiyac olduğu ifadə edilib.