8 Yanvar 2018 08:28
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın tanınmış müğənnisi və ictimai xadim Ruslana Lıjiçko Maydan hərəkatını dağıtmaq üçün naməlum virus və zəhəri sudan istifadəyə cəhdlər edildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, "112 Ukrayna" telekanalının efirində Ruslana Maydana müxtəlif viruslar buraxıldığını deyib.

"Siyasi fəalları su ilə zəhərləyirdilər. Biz hamımız bunu bilirdik. Bir anda hamı Maydanda xəstələndi. Təsəvvür edin, bir gecədə hamı xəstə idi. Orada nə isə səpirdilər", - deyə Ruslana Lıjiçko qeyd edib.

Onun sözlərinə görə, cinayətkarlar xəstəliklərin köməyi ilə belə Maydanı dağıtmağa müvəffəq olmayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər