9 Yanvar 2018 08:19
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Pakistana 2017-2018-ci illər üçün hərbi əməliyyatlar qarşılığında 900 milyon dollarlıq yardımın təxirə salındığını deyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Rob Maninq ABŞ-ın izində olduğu terroristlərə qarşı Pakistanın ciddi addım atacağına ümid edildiyi üçün nəzərdə tutulan 900 milyon dollarlıq məbləğin tam ləğv edilmədiyini deyib.

Rob Maninqin sözlərinə görə, Koalisiya Dəstək Fondu tərəfindən ayrılacaq məbləğ barədə qərarın icrası müvəqqəti dayandırılıb.

Pentaqon sözçüsü bildirib ki, Taliban və Hakani qruplaşmalarının rəhbərləri və hücum planlaşdıranlar Pakistan torpağında qalmamalıdır: “Onlar Pakistandan hücum etməməlidirlər. ABŞ bu məqsədlə Pakistanın atacağı konkret addımlar barədə məlumat verib. Heç bir fərq qoymadan Pakistanla bütün terror qruplarına qarşı birgə əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, bu məsələ ətrafında Pakistan hakimiyyəti ilə müzakirələr davam edir: “Qarşıdakı 2 il ərzində məsələ həll olunmazsa, Pakistan üçün ayrılan vəsait təxirə salınacaq”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər