Səkkiz il əvvəl Ərəb Baharının başladığı Tunisdə yeni etirazlar baş qaldırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, azı 10 şəhərdə minlərlə insan küçələrə axışıb.
Etiraz aksiyalarında toqquşmalar baş verib. Polisin gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində 55 yaşlı kişi ölüb.
Etirazlara qiymətlərin və vergilərin artırılması səbəb olub.
Qeyd edək ki, Tunisdə 2018-ci ilin dövlət büdcəsində bir çox vergilərin artırılması nəzərdə tutulur.