İsveçrənin Luzern kantonunda 10 gün əvvəl bank soyğunçuluğu ilə əlaqədar aparılan istintaq çərçivəsində dünən 80 yaşlı şəxs saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, evində həyat yoldaşı ilə birlikdə ikən saxlanan yaşlı şəxs ilkin ifadəsində əməlini etiraf edib. Şübhəlinin həyat yoldaşı isə soyğundan xəbəri olmadığını deyib. Şübhəlinin adı və oğurlanan pulun miqdarı barədə mediaya açıqlama verilməyib. 80 yaşlı şəxsin günahı sübut olunarsa, o, ən yaşlı bank soyğunçusu kimi tarixə düşəcək.