Qәraib dənizində 7,6 maqnituda gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Zəlzələnin episentri Hondurasın Barra-Patuka yaşayış məntəqəsin 201 kilometr aralıda, yerin 33 km dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı heç bir məlumat verilmir. Sunami təhlükəsi elan edilib.