11 Yanvar 2018 11:05
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner ilə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman arasındakı gizli danışıqların yeni təfərrüatları məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fələstin Azadlıq Təşkilatının idarə heyətinin rəhbəri Əhməd Mecdalani açıqlama verib.

Onun sözlərinə görə, Kuşner danışıqlar zamanı “Əsrin müqaviləsi” ilə bağlı məsələni şahzadəyə aydın şəkildə başa salıb, Məhəmməd ibn Salman isə öz növbəsində bunu Fələstin rəhbərliyinə anladıb.

Mecdalani ABŞ tərəfindən hazırlanan bu layihənin İrana qarşı olduğunu və bunun üçün də İsrail-Ərəb İttifaqının yaranmasının nəzərdə tutduğunu bildirib.

O bildirib ki, şahzadənin açıqladığı bu məsələ ilə bağlı yanvarın 14-də Fələstin Prezidenti Mahmud Abbasın başçılığı ilə iclas keçiriləcək. İclas zamanı ABŞ-ın Qüds qərarı da müzakirə ediləcək və yekum bəyannamə qəbul olunacaq.


Müəllif: Samir

Oxşar xəbərlər