Bəzi insanlar dünyasını dəyişən şəxsi son mənzilə elə yola salırlar ki, insan bilmir yasa gəlib, ya başqa yerə. Dünyanın bəzi yerlərindəki yas ənənələrinə görə, ölünü basdırmaqdansa, onu yemək, yaxud onunla rəqs etmək daha mənalıdır.
Teleqraf.com publika.az-a istinadən fərqli və çox qəribə yas inanclarını təqdim edir. "Yas" deyəndə ağıla ilk gələn ağlaşma olur, ancaq indi bilməyəcəksiz ağlayasız, ya güləsiz.
Striptizçilərlə dəfn mərasimi. Ölüm çox sıxıcı ola bilərdi, əgər dəfndə striptizçilər olmasaydı. Çinin Doughai bölgəsinin dəfn mərasimləri status simvolları olaraq görülür. Yəni bir insanın tanınmış, nüfuzlu, zəngin olması onun yasına gələn insanların sayı ilə ölçülür. Buna görə ölənin yaxınları mərasimdə çox adam olsun deyə striptizçiləri də dəvət edirlər.
Ölü ilə rəqs. İstəyirsiz inanın, istəmirsiz, yox. Amma həqiqətən də Madaqaskarlılar ölünü qəbrindən çıxarıb onunla caz musiqisi altında rəqs edirlər. Bunun belə bir açıqlaması var ki, bu yolla ölən insanın ata, babaları ilə görüşdüyü üçün ruhunu şad etmək lazımdır. Hər 7 ildən bir təşkil edilən bu mərasim ölənin yaxınları üçün sevindirici bir hal kimi qəbul edilir.
Səmada dəfn. "Bu necə olur?!", - deyə düşünəcəksiz. Tibetdə buddistlər ölənin cəsədini tikələrə ayıraraq bir dağın təpəsinə yerləşdirib, yüzlərcə qarağalar tərəfindən yeyilməsinin tərəfdarıdırlar. Quşların yediyi cəsədin ruhunun bu quşlarla göylərə gedəcəyini düşənən ölünün qohumları sonra bunu qeyd edirlər.
Tana Toraja dəfni. İndoneziyanın Tana Toraja bölgəsində yas mərasimi əsl toyu xatırladır. Yasda musiqi, rəqs və qonaqlar üçün yemək-içmək təşkil edilir. Beləliklə, ölünün yaxınları ölüyə öz təşəkkürünü bildirmiş olurlar. Bunun üçün ölü sarılır, mərasim təşkil edilənə kimi öz evində saxlanır. Bəzən bu hazırlıq həftələrlə, aylarla və hətta ilərlə də davam edə bilir. Bu müddət ərzində ölüyə xəstəymiş kimi davranıb onunla danışırlar. Mərasim təşkili hazır olduqdan sonra ölünün çürümüş meyiti tabuta qoyulub ya basdırılır, ya da qayadan, mağarada asılır. Onlar ölünün bu şəkildə oyanacaqlarına inanırlar.
Göz önündə ölüm. Artıq sevdiyiniz biri ölübsə, onu barmağınızda daşıya biləcəksiz. Amerikada bir firma ölüləri yandırdıqdan sonra onun külündəki karbon atomlarından üzük hazırlayırlar. Qiyməti daşın karatına görə 3500- 20 min dollar arasında dəyişir. Atasının külündən sırğa, boyunbağı, üzük hazırlayanlar belə var.
Fantastik tabutlar. Teshi bölgəsində insanlar fərqli tabutlarda dəfn olunurlar. Kola şüşələri, meyvə şəklində tabutlar da var.
Ölünün ətini yeyirlər. Bu, yas adətlərindən ən pisidir. İnsanlar ölünün cəsədini yeməklə ona hörmətini göstərirlər. Cənub-şərqi Avstraliyada yaşayan Dierilər ölən qohumlarının üz, qol, ayaq və qarınlarının yağlı yerlərini yeyirlər. Onlar yağı güc hesab edir və bu gücün onu yeməklə yeyən insana keçəcəyinə inanırlar. Cənubi Amerikada meşədə yaşayan, sayı azalan Paraquay və Yanomamilər arasında bu ənənə davam edir.
Özünü mumyalamaq. Yaponiyada buddist rahiblər özlərini "Sokushinbustu" adlandırırlar. Onlar intihar etməklə kifayətlənmir, özlərini mumyalayırlar. İlk əvvəl meyvə və çərəz yeyərək bədənlərindəki yağı yandırır, idman edirlər. Sonra zəhərli qurdlar yeyərək, qaytarır və bədənlərindəki mayeni boşaldırlar. Sonra rahib daşdan hazrlanmış tabutun içinə girib oturaraq ölümü gözləyir. Rahib sağ qaldığı müddətcə hər gün zil çalınır. İnsanlar zilin çalınmadığı gün onun öldüyünü anlayıb tabutunu möhürləyirlər. 100 gün keçdikdən sonra tabut açılır və mumya yoxlanır. Bununla rahibin həyata yenidən qayıdacağına inanırlar.
Ölümü tezləşdirmək. Xərçənglə mübarizə aparan Vimla Devi adlı qadın 2006-cı ildə vəfat edib. Ancaq ölümünün səbəbi xərçəng deyil, ölüm orucu idi. Ölüm orucu ilə həyatına son qoymaq Hindistanda qəbul edilir. Bu oruc arzuları olmayan, bu həyatda heç bir məsuliyyəti olmayan insanlar, xüsusən yaşlılar üçündür. Ancaq bu orucu tutarkən hamıya bildirmək və əvvəlcədən buna hazırlaşmaq lazım gəlir. /ailem.az/