12 Yanvar 2018 23:25
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyəyə səyahət etmək istəyən vətəndaşlara xəbərdarlığına cərt cavab verib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu ABŞ-ın xəbərdarlığını müttəfiq ölkəyə yaraşmayan addım kimi qiymətləndirib: "Türkiyə təhlükəsizliyinə görə ABŞ-dan geri qalmır. Hətta Türkiyə daha təhlükəsiz ölkədir. Son səyahət xəbərdarlığı kimi müttəfiqliyə yaraşmayan, gərəksiz hərəkətlərə vaxt ayırmamağımız lazımdır. Türkiyənin qəbul etdiyi turistlər sağ-salamat ölkələrinə qayıdıblar. ABŞ-dan ölkəmizə gəlmək istəyən çoxlu sayda turist var. Viza problemi aradan qalxanda ABŞ vətəndaşları bizə təşəkkür etdilər. Belə olan halda ABŞ nə üçün vətəndaşlarını Türkiyəyə gəlməkdən çəkindirir?"

Çavuşoğlu Trampın bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn miqrantlarla bağlı işlətdiyi "iyrənc ölkələrdən gələnlər" ifadəsinə də münasibət bildirib: "Türkiyədə əcnəbi düşmənçiliyi yoxdur. ABŞ-da isə bu daha qabaqır görsənir. Trampın başqa ölkələrə həqarəti ortada. Belə bir durumda daha təhlükəsiz olan ABŞ-mı, Türkiyəmi? Səyahət xəbərdarlığını Tillersonla danışacağıq".

Qeyd edək ki, ABŞ-ın vətəndaşlara xarici ölkələrə səyahət xəbərdarlığı siyahısında Türkiyə Sudan və Venesuela kimi ölkələrlə eyni siyahıda qərarlaşıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər