İranda Çin sahillərində tankerin batması ilə əlaqədar matəm elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "IRNA" agentliyi xəbər verib.
"İran tankerdə ölənlərlə bağlı milli matəm elan edib", - deyə xəbərdə bildirilir.
İrana məxsus neft tankeri yanvarın 7-də Çinin şərq sahillərində Honkonqun yük gəmisi ilə toqquşub. Bundan sonra tankerdə güclü yanğın və partlayış baş verib.
Daha sonra məlum olub ki, tankerin 29 heyət üzvü həlak olub.
\Report\