Soçidə keçirilməsi planlaşdırılan Suriya Beynəlxalq Dialoq Konqresi üçün dəvət olunanların siyahısı hazırdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
O bildirib ki, Moskva Ankaranın siyahını təsdiqləməsini gözləyir:
“Türkiyənin ardınca siyahını İran təsdiqləməlidir. Tərəflərə dəvət bundan sonra göndəriləcək”.