Ötən ilin sonlarından dünyanın tanınmış ekstrasensləri 2018-ci il üçün proqnozlarını açıqlamağa başlayıblar. İl ağır və dünya üçün çətin dövr kimi qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, rusiyalı ekstrasenslər Pavsekaki Boqdanov və Viktoriya Subota proqnozlarını Rusiyanın “Beşinci kanalı”nda bölüşüblər.
Astroloq və ekstrasens Boqdanovun fikrincə, Üçüncü Dünya müharibəsi 2008-ci ildən başlayıb:
“2018-ci il isə müharibədə kuliminasiya nöqtəsi olacaq. Bundan sonra müharibə səngiməyə başlayacaq, 2023-cü ildə başa çatacaq. ABŞ Prezidenti Donald Trampa gəlincə, xələfləri Corc Buş və Barak Obama kimi o da ABŞ-ın dağılmasında böyük rol oynayacaq. Bu il ABŞ-ın mövcudluğu başa çatacaq. Dollar dünya birjalarından yığışdırılacaq. Dünyada liderlik üstündə Rusiya və Çin mübarizə aparacaq”.
Viktoriya Subota isə 2018-ci ilin Rusiya iqtisadi həyatında mühüm hadisələrlə yadda qalacağını deyib:
“Rusiya üçün siyasi həyat çox sakit keçəcək. Dünyada ən qaynar müharibə ocağı Şimali Koreyada olacaq. Şimali Koreya lideri Kim Çen İn bu il öldürüləcək. Bu məsələlərin Rusiyaya heç bir təsiri olmayacaq”.