Roma Papası Fransisk Peruda ictimaiyyət qarşısında çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı dünya xalqlarına səslənib:
“Korrupsiya... Bu, demokratik ölkələr üçün pis işlərin görülməsi deməkdir. Beynəlxalq ictimaiyyət bununla mübarizə aparmalıdır”.
Çıxış zamanı Papanın yanında korrupsiyada ittiham olunan Peru Prezidenti Pedro Kuçinski də olub.