Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bu gün ABŞ Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi, general Makmaster ilə telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, Qalın ABŞ-ın YPG/PYD terrorçularına dəstək verməyi dayandırmasını tələb edib.
Tərəflər Suriyada siyasi keçid və FETÖ məsələlərini də müzakirə ediblər.