21 Yanvar 2018 18:24
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya vətəndaşı Aleksandr Vinnik Yunanıstan hökumətinə müraciət edərək ona siyasi qaçqın statusunun verilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ria-Novosti-yə onun vəkili İlias Spirliadis bildirib.

Saloniki məhkəməsi Vinnikin işi ilə bağlı iki qərar qəbul edib. Bir məhkəmə heyəti onu Rusiyaya, digəri ABŞ-a verməklə bağlı qərar çıxarıb. A.Vinnik birja üzərindən 4-9 milyard dollar kriptovalyutanın yuyulmasında ittiham olunur. Onu ABŞ-da 55 il həbs gözləyir.

Vinnik özünü təqsirli bilmir və bu işi “Amerika təxribatı” adlandırır.


Müəllif: Səxavət

Oxşar xəbərlər