Suriya Müxalifəti Milli Ordusu Menbiçə doğru hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatı Suriya tərəfi təsdiq edib. Bildirilib ki, müxaliflər Menbiç və Afrinin PKK terrorçularından azad edilməsi üçün əməliyyat həyata keçirir.
Türkiyə ordusu Afrin əməliyyatına yanvarın 20-də start verib.