Suriya hökumət qüvvələri İdlibin şərq hissəsinin Nusra Cəbhəsi döyüşçülərindən azad edilməsi üçün əməliyyata başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüşlərdə Suriya hökumət qüvvələrinin tərəfində bəzi müxaliflər də iştirak edir.
İlkin ehtimallara görə, bu bölgədə terrorçuların sayı 1500-dən çoxdur. Əməliyyat qurudan həyata keçirilir.
Qeyd edək ki, İdlib əməliyyatının ilk mərhələsi yanvarın əvvəlində həyata keçirilib. Suriya ordusunun generalı Həsən Suxelin rəhbərlik etdiyi əməliyyat zamanı 24 yaşayış məntəqəsi azad edilib.