Yaponiya öz hava sahəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus AN-1 helikopterlərinin uçuşuna qadağa qoymaq niyyətindədir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı ABŞ tərəfinə məktub göndərilib.
Yaponiya Müdafiə naziri İtsynori Onoderanın sözlərinə görə, tələb Okinava ərazisində baş verən insidentdən sonra irəli sürülüb:
“Bu ABŞ helikopterləri ilə bağlı bir ay ərzində 3-cü insidentdir”.
Qeyd edək ki, yanvarın 23-də ABŞ-a məxsus AN-1 helikopteri Okinavada təcili eniş edib. Bu hadisə helikopterlərin texniki vəziyyəti məsələsini gündəmə gətirib.