24 Yanvar 2018 19:37
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettis İndoneziyada təşkil olunan təlimi izləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təlim gözlənildiyindən dəhşətli alınıb.

İlk olaraq, indoneziyalı hərbçilərdən biri gözü bağlı formada digər yoldaşının ayaqları arasında olan şarı silahı ilə atəş açaraq, partladıb.

Daha sonra hərbçilər kərpicləri başları ilə qırıblar. Ən dəhşətlisi isə təlimin sonunda baş tutub.

Hərbçilər kisədən zəhərli ilanı çıxararaq, Mettis tərəfə atıblar. İlk olaraq, Pentaqon rəhbəri bundan qorxuya düşüb. Ancaq hərbçilər ilanları tutataq, başlarını qoparıb və qanlarını içiblər. Onlar dəniz yolu ilə İndoneziya sərhədlərini pozan şəxsləri belə cəzalandırmaq lazım olduğunu Mettisə göstəriblər.

Təlimdən çəkilmiş bəzi görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər