27 Yanvar 2018 19:56
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı tədbirlər çərçivəsində həbs edilən və dünyanın ən zəngin 50 adamı siyahısında olan Vəlid bin Talalın həbsxanadan ilk fotosu yayılıb.

Teleqraf.com xəbər verir ki, Vəlid bin Talalın məhbəs həyatından İngiltərə mediası reportaj yayıb.

Həbs edildikdən sonra ilk dəfə mətbuata danışan Talal bir neçə günə problemlərin aradan qalxacağını və azad olunacağını deyib.

Ər-Riyadda Ritz-Karlton otelinin lüks həbsxanaya çevrildiyini bildirən Talal işgəncəyə məruz qalmadığını da qeyd edib.

Sərvətindən söz açan biznesmen hökumətin onun sərvətinə toxunmayacağına ümid edir.


Müəllif: Cavad

Oxşar xəbərlər