Suriya Prezidenti Bəşər Əsəd İran xarici işlər nazirinin müavini Hüseyn Әnsari ilə Dəməşqdə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən sonra Əsəd və Әnsari birgə bəyanatla çıxış ediblər.
Bəyanatda Türkiyə Suriyanı ilhaq etməkdə ittiham olunub. Tərəflər Türkiyənin bu addımına cavab verməkdə razılığa gəliblər:
"Türkiyənin Suriya torpaqlarına yönəlik ilhaq cəhdləri davam edir. Türkiyənin məqsədinə çatmaması üçün lazımı tədbirlər görülüb. Türkiyə terrorçu qruplara dəstək verməklə Suriyadkı sülh prosesini baltalayır".