Prezidentliyə namizəd Kseniya Sobçak təhqir olunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çeçenistanın paytaxtı Qroznıda baş verib.
Kofe almaq istəyən Sobçak yerli gənclərin gözlənilməz reaksiyası ilə qarşılaşıb.
İki gənc Sobçatı “at” adlandırıb: “Ata kofe içmək yaraşmır”.
Sobçak buna etiraz edib və gəncləri mədəniyyətsizlikdə ittiham edib.
Həmin şəxslər isə Sobçakı prezidentliyə namizəd kimi qəbul etmədiklərini bildiriblər.