30 Yanvar 2018 08:16
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada əməkdaşlıq etdikləri silahlı təşkilata yeni ad qoyub.

Teleqraf.com xəbər verir ki, Pentaqon sözçüsü Adrian Rankine-Qallovay bu dəfə Suriya Demokratik Gücləri (SDG) sözünün əvəzinə Menbiç Hərbi Şurası (MHŞ) ifadəsini işlədib.

Qallovay MHŞ-nin 60 faizinin ərəb, 40 faizinin isə kürdlərdən təşkil edildiyini bildirib.

"Onlara şəhəri İŞİD-dən xilas edən SDG təlim keçib. Biz MHŞ ilə çalışırıq. Biz ABŞ olaraq burada təkcə kürdlərlə əməkdaşlıq etmirik. Bir daha bildirmək istəyirəm ki, Afrində Türkiyə ilə döyüşən kürdlərin beynəlxalq koalisiyaya heç bir aidiyyəti yoxdur", - deyə Adrian Rankine-Qallovay bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər