31 Yanvar 2018 01:29
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Soçi şəhərində Suriya böhranı ilə bağlı toplantıda mühüm qərar qəbul edilib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, suriyalı müxaliflərin qatılmadığı toplantıda Konstitusiya Komitəsi qurulması qərara alınıb.

Soçi konfransında Suriyanın bütövlüyünün bərpası ilə bağlı beynəlxalq aləmə müraciət edilib və yardım istənilib. Konstitusiya Komitəsində Suriya hakimiyyəti təmsilçiləri, müxalifət, Suriya alimləri, müxtəlif qruplaşmaların liderləri və qadınların yer alacağı bildirilir.


Müəllif: Nahid

Oxşar xəbərlər