PKK terror təşkilatının tərəfdarları Almaniyanın paytaxtı Berlində Federal Məclisin binası önünə toplaşıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Türkiyənin “Zeytun budağı” hərəkatına etiraz ediblər.
Etirazçılar məclisin binası önündə çadır qurub və təxribat xarakterli şüarlar səsləndirmiş plakatlar qaldırıblar.
Olaya alman polisi müdaxilə etməyib.