Türkiyənin teleradio qurumu din xadimi Adnan Oktarın sahibi olduğu "A9" kanalı ilə bağlı qərarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, qurum kanala beş dəfə xəbərdarlıq etməklə maliyyə cəzası verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Türkiyənin Dini işlər naziri Əli Erbaş "A9" kanalının bağlanılması üçün teleradio qurumuna müraciət etmişdi.
Ə.Erbaş A.Oktarın ağlını itirdiyini bildirib.
A.Oktarın isə cavabı daha sərt olub. "Qumarxana, içki zavodlarından alınan vergilərlə maaşlarınız ödənilir. Bir dəfə bununla bağlı açıqlama verdinizmi? Səsin çıxmır xoca əfəndi", deyə A.Oktar qeyd edib.