Ukraynada əsas problem əvvəllər olduğu kimi yenə də korrupsiyadır.
Teleqraf.com-un xəbərinə görə, bunu Avstriyanın "Profil" nəşrinə müsahibəsində Ukrayna Prezidenti Petro Poroşenko deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən o, bu il müstəqil antikorrupsiya məhkəməsinin yaradılmasına çağırış edib.
Ukrayna prezidenti oliqarx və məmurların qanunsuz yolla ölkədən çıxardıqları pul vəsaitlərinin geri qaytarılması üçün Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edəcəklərini də bildirib.