12 Fevral 2018 17:25
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə general Semih Terzinin xanımı Nazirə Terziyə konstitusiya quruluşunu aradan qaldırmağa təşəbbüs göstərmə ittihamı ilə 18 il həbs cəzası verilib.

Teleqraf.com xəbər verir ki, qiyamçı generalın xanımı ilə bağlı məhkəmə prosesi Ankara Ağır Cəza Məhkəməsində aparılıb. Nazirə Terzi son sözünü deyərkən bəraət tələb edib, silahlı terror təşkilatı ilə heç bir əlaqəsinin olmadığını deyib və həqiqətin ortaya çıxarılmasını istəyib.

Ankara məhkəməsi isə Nazirə Terzini konstitusiyalı quruluşu aradan qaldırmağa yardım etməkdə ittiham edib.

Xatırladaq ki, Nazirə Terzinin həyat yoldaşı olan general Semih Terzi 15 iyun dövlət çevrilişi zamanı Çölbaşındakı xüsusi qüvvələr komandanlığını ələ keçirməyə cəhd edib və bu zaman zabit Ömər Xalisdəmir tərəfindən öldürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər