16 Fevral 2018 12:48
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı milyarder, Rusiyanın Çerkizov bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiqlə bağlı başlanan istintaq prosesi başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rafiq İsmayılovun vəkili Marina Rusakova məlumat verib:

“İstintaq hərəkətləri başa çatıb. Biz işin materialları ilə tanış olmağa başlamışıq”.

Qeyd edək ki, Rafiq İsmayılov və Mehman Kərimov 2016-cı ilin mayında biznesmenlər Vladimir Savkin və Yuri Brilevin qətlində ittiham edilir.


Müəllif: Samir

Oxşar xəbərlər