İsrail polisi korrupsiya ittihamı ilə bir neçə yüksək vəzifəli şəxsi saxlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılanlar arasında Netanyahu hökumətinin sabiq mətbuat katibi, sabiq nəqliyyat naziri və ölkənin ən böyük kommunikasiya şirkəti olan “Bezek”in rəhbəri də var.
İttihama görə, saxlanılan şəxslər “Bezek”dən Netanyahunun fəaliyyətlərini dəstəkləyən materialların verilməsi üçün istifadə edib:
“Baş nazirin özü bu işin bir parçası olmasını və korrupsiya ittihamlarını rədd edir”.