ABŞ Prezidentinin oğlu Donald Trampla şam yeməyi və görüş üçün Hindistan vətəndaşları 39 min dollarından keçməlidirlər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, oğul Tramp Hindistana investisiya yatırmaq üçün bu gün səfərə gəlib.
Məlumatlara görə, Tramp Yeni Dehlidə 108 milyon dollara ərazi satın alıb və burada Tramp qüllələri tikmək niyyətindədir. Tikinti işləri bu il başlayacaq və 2023-cü ildə başa çatacaq. Tikiləcək qüllədə bir evin qiyməti 770 min dollardan 1,5 milyon dollara kimi olacaq.
Tramp Hindistanda bir həftə qalacaq.